...

Cənubi Koreyada gəmi partladı - 12 nəfər yandı

Dünya xəbərləri Materials 15 May 2018 15:22 (UTC +04:00)

Bakı. Trend:

Texniki baxış keçmək üçün Cənubi Koreyanın Kamçxon limanında dayanmış balıqçı gəmisində partlayış baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 12 nəfər yaralanıb. Yaralılardan 9 nəfərin ağır yanıq xəsarətləri aldığı bildirilir.

Məlumata görə, partlayış baş verən zaman gəmidə qaynaq işləri aparılırmış.

Gəmidə ardıcıl olaraq iki partlayış baş verdiyi qeyd olunur.

Hadisənin hansı səbəbdən baş verməsi dəqiq məlum deyil. Araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti