Bakı. Trend:
İspaniyada pirotexnikanın partlaması nəticəsində dörd nəfər ölüb.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 26 nəfər xəsarət alıb. Partlayış Qalisiya muxtar cəmiyyətinin Tuy bələdiyyəsində baş verib.
Qeyd olunur ki, xəsarət alanlar arasında yeddi azyaşlı var. Partlayış yaxınlıqda yerləşən evlərə xəsarət yetirib.
Partlayışın səbəbləri araşdırılır.