...

Əsəd Suriyada müharibənin NƏ VAXT və kimin qələbəsilə başa çatacağını açıqladı

Dünya xəbərləri Materials 31 May 2018 11:56 (UTC +04:00)
Suriya hökuməti ölkə ərazisində tam nəzarəti bərpa etməyi planlaşdırır
Əsəd Suriyada müharibənin NƏ VAXT və kimin qələbəsilə başa çatacağını açıqladı

Bakı. Trend:

Suriya hökuməti ölkə ərazisində tam nəzarəti bərpa etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu “Russia Today” telekanalına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib.

O vurğulayıb ki, ölkədə davam edən vətəndaş müharibəsi yaxın zamanlarda hökumət qüvvələrinin qələbəsi ilə başa çatacaq:

“Biz bütün rayonları azad etməliyik. Suriya ərazisində heç bir bölgəni dövlət nəzarətindən kənarda qoya bilmərik. Mən həmişə demişəm ki, xaricdən müdaxilə olmasaydı, biz bu müharibəni bir ildən də az vaxt ərzində başa çatdırardıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti