...

Yeni təhlükəli virus yayılıb - Meymun qripi

Dünya xəbərləri Materials 1 İyun 2018 11:11 (UTC +04:00)
Afrika qitəsinin cənub ölkəsi olan Kamerunda meymun qripi virusu yayılıb.
Yeni təhlükəli virus yayılıb - Meymun qripi

Bakı. Trend:

Afrika qitəsinin cənub ölkəsi olan Kamerunda meymun qripi virusu yayılıb.

Trend-in məlumatına görə, artıq 7 nəfər bu virusdan ölüb.

Daha 7 nəfər isə bu diaqnozla xəstəxanaya yerləşdirilib.

Kamerun rəhbərliyi virusun yayılmasının qarşısını almağa çalışır.

Rusiya Səhiyyə Nazirliyi müvafiq qurumlara Kamerundan gələn miqrantları diqqətlə yoxlamağı tapşırıb.

Virus keçici sayılır və əsas simptomları başağrısı, yüksək temperatur, əzələ ağrısı və dəri səpkisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti