...

Tramp sərt ifadələrin KXDR ilə sammitin təşkilinə kömək etməsindən əmindir

Dünya xəbərləri Materials 13 İyun 2018 05:15 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp sərt ifadələrin Koreya Xalq Demokratik Respublikası ilə sammitin təşkilinə kömək etməsindən əmindir
Tramp sərt ifadələrin KXDR ilə sammitin təşkilinə kömək etməsindən əmindir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp sərt ifadələrin Koreya Xalq Demokratik Respublikası ilə sammitin təşkilinə kömək etməsindən əmindir.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti "Fox News" telekanalına müsahibəsi zamanı deyib.

D.Tramp deyib: "Mən fikirləşirəm ki, biz ritorikasız belə vəziyyətdə olmazdıq. Digər administrasiyalar... onların susmaq siyasəti olub. Əgər onlar (KXDR) dəhşətli nəsə deyirdilərsə ABŞ sadəcə cavab vermirdi. Bu, cavab, bizim etməli olduğumuz deyil. Ritorika... mən bunu etməyi sevmirəm, bəzən özümü axmaq kimi hiss edirəm, amma bizim başqa seçimimiz yoxdur".

Qeyd edək ki, iyunun 12-si Sinqapurun Sentosa adasında yerləşən "Kapella" otelində ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

Donald Tramp görüşün yekunları üzrə bildirib ki, Şimali Koreya ilə "ətraflı" sənəd imzalayıb və vurğulayıb ki, Koreya yarımadasının denuklarizasiya preosesi "tez bir zamanda" başlayacaq. Kim Çen In öz növbəsində imzalanan sənədi iki ölkə arasındakı münasibətlər üçün "yeni başlanğıc" adlandırıb və gələcəkdə "böyük dəyişikliklər" vəd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti