...

ABŞ Aİ və Kanadanın Myanmaya qarşı sanksiyalarını dəstəkləyib

Dünya xəbərləri Materials 26 İyun 2018 05:14 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Aİ və Kanadanın Myanmaya qarşı sanksiyalarını dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

H.Nauert deyib: "Kanada və bizim Avropa İttifaqı üzrə müttəfiqlərimiz bu həftə Birmada vəhşiliklərə görə məsuliyyət prinsipinin irəlilədilməsi üzrə tədbirlər görüblər. Biz bu tədbirləri qətiyyətlə dəstəkləyirik".

Rəsmi nümayəndə bildirib ki, ABŞ da öz növbəsində Myanmaya qarşı bir sıra tədbirlər görüb.

Xəbər lenti

Xəbər lenti