Bakı. Trend:
Qırğızıstanda "Sibir xorası" diaqnozu ilə 9 nəfər xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, Calal-abad vilayətində 3 qadın və 6 kişi üzərində mümkün laborator müayinə aparıldıqdan sonra diaqnoz dəqiq müəyyən olunacaq.
Həkimlərin sözlərinə görə, bu xəstəlik iri və xırdabuynuzlu heyvanlarda yayılıb.