...

Ağ Ev Trampın Putinlə görüşdən gözləntilərini açıqlayıb

Dünya xəbərləri Materials 29 İyun 2018 08:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ümid edir ki, onun Rusiya prezidenti Vladimir Putin ilə görüşü münasibətlərdə gərginliyi azaldacaq və konstruktiv qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Lindsi Uolters bildirib.

L.Uolters deyib: "Bildiyiniz kimi prezident Tramp və prezident Putin ABŞ və Rusiya münasibətlərini, bir sıra milli təhlükəsizlik məsələlərini müzakirə etmək üçün iyulun 16-sı Helsinkidə görüşəcək".

Ağ Evin nümayəndəsi əlavə edib ki, Tramp Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmədiyindən əmindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti