...

Fransada terror törətmək istəyən İran əsilli ər-arvad saxlanılıb

Dünya xəbərləri Materials 2 İyul 2018 17:00 (UTC +04:00)

Bakı. Trend:

Belçika hüquq-mühafizə orqanları iyunun 30-da Fransada mümkün terror hücumunun qarşısını alıblar.

Trend-in məlumatına görə, keçirilən əməliyyat nəticəsində həmin tarixdə Fransanın Vilpent şəhərində keçirilən konfrans zamanı terror törətməyə cəhddə şübhəli bilinən 2 İran əsilli şəxs saxlanılıb.

Məlumata görə, Belçika vətəndaşlığına malik İran əsilli 1980-ci il təvəllüdlü Əmir S. və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Nasime N.saxlanılıb.

Onların terror törətməyi planlaşdırdığı konfransda təxminən 25 min adam iştirak edirmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti