...

Əbu-Dabidə yol qəzası: ölən və yaralananlar var

Dünya xəbərləri Materials 31 İyul 2018 02:05 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərində yol qəzası nəticəsində 3 nəfər ölüb, 44 insan xəsarət alıb
Əbu-Dabidə yol qəzası: ölən və yaralananlar var

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində yol qəzası nəticəsində bir neçə nəfər ölüb, onlarla insan xəsarət alıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Əbu-Dabidə fəhlələri daşıyan avtobus minik avtomobilinə, həmin nəqliyyat vasisəti isə öz növbəsində mikroavtobusa çırpılıb. Avtobus bir neçə dəfə aşaraq metal maneələrə çırpılıb. Nəticədə 3 nəfər ölüb, 44 nəfər xəsarət alıb.

Polisin ehtimalına görə, hadisənin baş verməsində təqsirkar nəqliyyat vasitəsinin sürətini artıran və məsafə saxlamayan, habelə mobil telefondan istifadə etdiyi güman olunan avtobus sürücüsüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti