...

Səudiyyə Ərəbistanı Kanadanın səfirini ölkədən çıxarır

Dünya xəbərləri Materials 6 Avqust 2018 09:39 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Kanadanın səfirinə ölkəni 1 sutka ərzində tərk etməyi tapşırıb.
Səudiyyə Ərəbistanı Kanadanın səfirini ölkədən çıxarır

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Kanadanın səfirinə ölkəni 1 sutka ərzində tərk etməyi tapşırıb. Trend-in məlumatına görə, Ər-Riyad bu addımı Kanadanın ölkədə saxlanılan qadın fəalları həbsdən azad etmək çağırışından sonra atıb.

Belə ki, avqustun 3-də Kanada ölkədə saxlanılan qadın fəallarla bağlı təəssüfünü bildirərək qarşı tərəfi insan haqlarını pozmamağa, onları dərhal azad etməyə çağırmışdı.

Səudiyyə Ərəbistanı isə bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirərək Kanadada olan səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti