...

Dağıstanda ağır yol qəzası baş verib: 7 ölü, 4 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 22 Avqust 2018 00:42 (UTC +04:00)

Bakı. Trend:

Dağıstanın Dərbənt rayonunda 3 minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, 3 avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləməyə davam edir, qəzanın səbəbi araşdırılır.

XXX

00:27

Dağıstanın Dərbənt rayonunda 3 minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, 3 avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub.

Məlumata əsasən, toqquşma 21:30 radələrində "Qafqaz" federal avtomobil yolunda baş verib. Toqquşmadan sonra avtomobillərdən biri alışıb.

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti