...

Pakistanda prezident seçkiləri yekunlaşdı

Dünya xəbərləri Materials 4 Sentyabr 2018 15:34 (UTC +04:00)
Pakistanda 13-cü prezident seçkiləri yekunlaşıb.
Pakistanda prezident seçkiləri yekunlaşdı

Bakı. Trend:

Pakistanda 13-cü prezident seçkiləri yekunlaşıb.

Trend-in məlumatına görə, seçkilərin yekunlaşması barədə Pakistan Mərkəzi Seçki Komissiyası bildirib.

Komissiya hazırda səslərin sayılmasına başlayıb.

Səsvermənin nəticələrinin bu gün axşam elan olunacağı gözlənilir.

Ölkə prezidentliyinə namizədliyini 3 nəfər irəli sürüb.

Qeyd edək ki, Pakistanın hazırki prezidenti Məmnun Hüseyn ikinci müddətə prezident seçilmək üçün namizədliyini verməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti