...

Moldova prezidentinin korteji qəzaya düşüb, tibbi yardıma ehtiyacı olmayıb - müşavir

Dünya xəbərləri Materials 9 Sentyabr 2018 17:22 (UTC +04:00)
Moldova prezidenti İgor Dodonun korteji qəzaya uğrayıb.
Moldova prezidentinin korteji qəzaya düşüb, tibbi yardıma ehtiyacı olmayıb - müşavir

Bakı. Trend:

Moldova prezidenti İgor Dodonun korteji qəzaya uğrayıb.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, Dodonun vəziyyəti normaldır, tibbi yardıma ehtiyac olmayıb.

Moldova prezidentinin müşaviri Maksim Lebedinski "Facebook" sosial şəbəkəsində bildirib ki, Kişinyov-Karalaş avtomobil yolunda prezidentin kortejinin iştirakı ilə yol qəzası baş verib: "Prezident İgor Dodon özünü yaxşı hiss edir, onun tibbi yardıma ehtiyacı olmayıb".

Lebedinskinin sözlərinə görə, qəza yol-hərəkət qaydalarını pozan avtomobilin prezidentin kortejinə çırpılması nəticəsində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti