...

Avstraliyada köpək balığı turistə hücum edib

Dünya xəbərləri Materials 22 Sentyabr 2018 05:15 (UTC +04:00)
Avstraliyanın Kvinslend ştatında, Uitsandey adaları yaxınlığında köpək balığı turistə hücum edərək ağır yaralayıb
Avstraliyada köpək balığı turistə hücum edib

Bakı. Trend:

Avstraliyanın Kvinslend ştatında, Uitsandey adaları yaxınlığında köpək balığı turistə hücum edərək ağır yaralayıb.

Trend-in məlumatına görə, 46 yaşlı qadın turist yaxtanın yaxınlığında üzərkən köpək balığı ona hücum edib və sağ budundan dişləyib.

Qadın tez bir zamanda sudan çıxarılıb və yaxtada olan həkim qanaxmanın qarşısını alıb. Daha sonra qadın helikopterlə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Kvinslend ştatında sonuncu dəfə köpək balığının hücumu 2014-cü ildə qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti