Bakı. Trend:
Türkiyənin Batman vilayətində partlayış nəticəsində 4 əsgər həlak olub.
Trend-in məlumatına görə, vilayətin Hasankeyf rayonunda asfalt çəkilişi işlərinin təhlükəsizliyini təmin edən hərbi avtomobilin keçidi zamanı yola bərkidilən əldəqayırma bomba partlayıb.
Hadisə zamanı 4 əsgər ölüb, 5-i yaralanıb.
Araşdırma aparılır.