...

Mafiya əməliyyatı - Saxlanılan 18 nəfərin arasında sabiq deputat da var

Dünya xəbərləri Materials 10 Oktyabr 2018 13:00 (UTC +04:00)
İtaliyanın Siciliya vilayətində mafiyaya qarşı xüsusi əməliyyat keçirib
Mafiya əməliyyatı - Saxlanılan 18 nəfərin arasında sabiq deputat da var

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Siciliya vilayətində mafiyaya qarşı xüsusi əməliyyat keçirib.

Trend-in məlumatına görə, Kataniya şəhəri yaxınlığında keçirilmiş əməliyyat nəticəsində 18 nəfər saxlanılıb.

Onlara qarşı şantaj, qanunsuz narkotik və silah saxlamaq, qətlə təşəbbüs ittihamları irəli sürülüb.

Saxlanılanlar arasında Siciliya vilayətinin keçmiş deputatı Raffaele Nikotra da var.

Müxtəlif ünvanlarda keçirilmiş əməliyyata 200 polis əməkdaşı qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti