Bakı. Elnur Bağışov - Trend:
İranın Pərvizxan gömrük keçidinin əməkdaşları ötən bir neçə gün ərzində qanunsuz şəkildə 265 min litrdən çox yanacağı gömrükdən keçirməyə cəhd edən İraq yük maşınlarını saxlayıblar.
Trend-in məlumatına görə, Kirmanşah Gömrük İdarəsinin baş direktoru Xəlil Heydəri bildirib ki, yük maşınları İraqa məxsus olub. Sürücülər yanacaq qablarını yük maşınlarında gizlədiblərmiş.
Yanacağın qeyri-qanuni şəkildə İrandan çıxarılmasının əsas səbəbi region ölkələri ilə müqayisədə İranda yanacağın ucuz olmasıdır.