...

Moskvada "Metropolis" ticarət mərkəzi qarşısında ATIŞMA

Dünya xəbərləri Materials 16 Oktyabr 2018 14:37 (UTC +04:00)
Moskva polisi ticarət mərkəzlərindən birinin yaxınlığında avtomobildən atəş açan şəxsin tapılması istiqamətində iş aparır.
Moskvada "Metropolis" ticarət mərkəzi qarşısında ATIŞMA

Bakı. Trend:

Moskva polisi ticarət mərkəzlərindən birinin yaxınlığında avtomobildən atəş açan şəxsin tapılması istiqamətində iş aparır. Trend-in məlumatına görə, insident "Metropolis" ticarət mərkəzinin qarşısında baş verib.

Məlumata görə, atışma iki maşın sahibi arasında olub. Yolda yaranmış anlaşılmazlığa görə sürücülərdən biri pnevmatik silahdan atəş açmaqla digər maşının şüşələrini sındırıb.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti