...

Quraqlıq ötən əkin ilində İranın Tiran və Kərvən rayonuna ağır ziyan vurub

Dünya xəbərləri Materials 4 Noyabr 2018 19:59 (UTC +04:00)
Ötən əkin ilində (23 sentyabr 2017-dən başlayaraq) quraqlıq İranın Tiran və Kərvən rayonuna 780 milyard rial (təxminən 18 milyon 571 min 428 dollar) ziyan vurub.
Quraqlıq ötən əkin ilində İranın Tiran və Kərvən rayonuna ağır ziyan vurub

Bakı. Elnur Bağışov - Trend:

Ötən əkin ilində (23 sentyabr 2017-dən başlayaraq) quraqlıq İranın Tiran və Kərvən rayonuna 780 milyard rial (təxminən 18 milyon 571 min 428 dollar) ziyan vurub.

Trend-in məlumatına görə, bu sözləri İranın İsfahan vilayətinin Tiran və Kərvən kənd təsərrüfatı idarəsinin direktoru Möhsün Hac Abidi deyib.

Onun sözlərinə görə, rayonun 4400-dən çox hektar ərazisi əkin sahəsidir. 2400 hektardan çox ərazidə istehsal azalıb və 1600 hektar ərazi isə buraxılıb. Buna əsasən kənd təsərrüfatı sektorunun istehsalı 6500 ton azalıb. Quraqlıq əkinçiliyə 330 milyard rial (təxminən 7 milyon 857 min 142 dollar) ziyan vurub.

4500 hektardan çox bağ ərazisinin olduğunu deyən Hac Abidi əlavə edib: “Quraqlıq 1800 hektar ərazidə istehsalın azalmasına və 2 min hektar ərazinin məhv olması ilə nəticələnib. Həmçinin 10 min ton bağ məhsulu azalıb. Bu sektora 450 milyard rial (təxminən 10 milyon 714 min 285 dollar) ziyan dəyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti