...

İranla İraq arasında azad ticarət zonası yaradılır

Dünya xəbərləri Materials 17 Noyabr 2018 16:28 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İran və İraq yaxın gələcəkdə ticarət dövriyyəsini 20 milyard dollara çatdıra bilər.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani iraqlı həmkarı Bərham Salehlə görüşdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollardır. İkitərəfli səylərlə yaxın gələcəkdə onu 20 milyard dollara çatdırmaq mümkündür.

Ruhani əlavə edib: "Bu gün elektrik, qaz, neft məmulatları mübadiləsi, həmçinin neft quyularının kəşfi və neftin çıxarılması haqda danışıqlar aparıldı".

İran prezidenti iki ölkə arasında azad ticarət zonasının yaradılması üzrə razılığın əldə olunduğunu da deyib: "Bu zonada birgə sənaye işlərinə başlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti