...

Qırğızıstanın Batken vilayətinin prokuroru qətlə yetirilib

Dünya xəbərləri Materials 18 Noyabr 2018 11:52 (UTC +04:00)
Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıpov qətlə yetirilib
Qırğızıstanın Batken vilayətinin prokuroru qətlə yetirilib

Bakı. Trend:

Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıpov qətlə yetirilib.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Kərimə Amankulova bildirib.

K.Amankulova bildirib: "Faktla bağlı respublikanın Cinayət Məcəlləsinin "qətl" maddəsi üzrə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb, onunla əməliyyat-istintaq tədbirləri aparılır".

Qeyd edək ki, Anarbay Mamajakıpov bu ilin may ayında Batken vilayətinin prokuroru təyin edilib. Daha əvvəl A.Mamajakıpov Talas şəhərinin prokuroru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti