...

İstanbulda fabrik yanır

Dünya xəbərləri Materials 10 Dekabr 2018 08:19 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə İstanbul vilayətinin Maltepe rayonunda platik məmulatları istehsalı fabrikində yanğın baş verib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, yanğın səhər 05:30-da başlayıb. Qeyd olunur ki, alışma binanın birinci mərtəbəsində başlayıb və daha sonra üst mərtəbələrə yayılıb.

Yanğının səbəbləri hələlik məlum deyil, hadisə yerində yanğınsöndürənlər çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti