...

"Facebook"un ABŞ-dakı binası təxliyə edilib - partlayış təhlükəsi ilə əlaqədar

Dünya xəbərləri Materials 12 Dekabr 2018 08:23 (UTC +04:00)
ABŞ-ın Menlo-Park şəhərində (Kaliforniya ştatı) "Facebook" şirkətinin kampusu ərazisində yerləşən binalardan biri təxliyə edilib
"Facebook"un ABŞ-dakı binası təxliyə edilib - partlayış təhlükəsi ilə əlaqədar

Bakı. Trend:

ABŞ-ın Menlo-Park şəhərində (Kaliforniya ştatı) "Facebook" şirkətinin kampusu ərazisində yerləşən binalardan biri təxliyə edilib.

Trend-in məlumatına görə, binanın təxliyə edilməsinə səbəb binada partlayıcı qurğunun olması barədə daxil olan məlumat olub.

Hazırda hadisə yerində polis və partlayıcı qurğuların tapılması və zərərsizləşdirilməsi üzrə bölmə əməkdaşları işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti