Bakı. Trend:
Ekvadorda sərnişin avtobusu bir neçə minik avtomobilinə çırpılıb və aşıb.
Trend-in məlumatına görə, Kito şəhərinin cənub-şərq hissəsində baş verən hadisə nəticəsində azı 5 nəfər həlak olub, 38 nəfər isə xəsarət alıb.
Xəsarət alanlar hadisə yerinə gələn təcili yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Qəza ilə bağlı araşdırma başlanılıb. İlkin məlumata əsasən, avtobusun əyləc sistemində problem yaşanıb.