...

Tallində bir neçə təyyarə güclü külək səbəbindən eniş edə bilməyib

Dünya xəbərləri Materials 2 Yanvar 2019 23:27 (UTC +04:00)
Estoniyanın paytaxtı Tallində bir neçə təyyarə güclü külək və pis görüntü səbəbindən eniş edə bilməyib
Tallində bir neçə təyyarə güclü külək səbəbindən eniş edə bilməyib

Bakı. Trend:

Estoniyanın paytaxtı Tallində bir neçə təyyarə güclü külək və pis görüntü səbəbindən eniş edə bilməyib.

Trend-in məlumatına görə, bu barədə Tallin şəhərinin hava limanının mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Kopenhagendən gələn "SAS" aviaşirkətinə məxsus təyyarə eniş edə bilməyib Kopenhagenə qayıdıb. Bundan əlavə, "Air Baltic" aviaçirkətinin Riqadan və Berlindən uçan təyyarələri Riqada eniş etdilər".

Hava limanında əlavə ediblər ki, Vilnüs və Stokholmdan reyslər təxirə salınıb, bir neçə reys isə gecikdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti