...

Yunanıstanda mitinq keçirmək qadağan olundu

Dünya xəbərləri Materials 10 Yanvar 2019 16:16 (UTC +04:00)
Yunanıstan polisi Almaniya kansleri Angela Merkelin ölkəyə səfəri zamanı paytaxt Afinada mitinq keçirməyi qadağan edib.
Yunanıstanda mitinq keçirmək qadağan olundu

Bakı. Trend:

Yunanıstan polisi Almaniya kansleri Angela Merkelin ölkəyə səfəri zamanı paytaxt Afinada mitinq keçirməyi qadağan edib.

Trend-in mumatına görə, polisin xəbərdarlığına baxmayaraq, Yunanıstanın solçu partiyaları marş keçirməyi planlaşdırır.

Qeyd edək ki, Almaniya kanslerinin bu gün Yunanıstana səfər edəcəyi gözlənilir. İkigünlük səfər proqramında A.Merkelin Yunanıstanın baş naziri Aleksis Siprasla danışıqlar keçirəcəyi və görüşdən sonra mətbuat konfransında çıxış edəcəyi planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti