...

Ermənistanda 10 nəfər şaurmadan zəhərləndi

Dünya xəbərləri Materials 18 Yanvar 2019 14:05 (UTC +04:00)
Ermənistanın Artaşat şəhərində 10 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib
Ermənistanda 10 nəfər şaurmadan zəhərləndi

Bakı. Trend:

Ermənistanın Artaşat şəhərində 10 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, həmin şəxslər şaurma yedikdən sonra özlərini pis hiss edib.

Onların şaurmanı eyni müəssisədən sifariş verdiyi məlum olub. Hadisədən sonra həmin müəssisədə araşdırmalar başlayıb, məhsullar laboratoriyaya göndərilib.

Bundan başqa, orada dezinfeksiya aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti