...

Parisdə etiraz aksiyaları zamanı 52 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 27 Yanvar 2019 02:21 (UTC +04:00)
Fransada "sarı jiletrlər" hərəkatının 11-ci etiraz aksiyası keçirilir
Parisdə etiraz aksiyaları zamanı 52 nəfər saxlanılıb

Bakı. Trend:

Fransada "sarı jiletrlər" hərəkatının 11-ci etiraz aksiyası keçirilir.

Trend-in məlumatına görə, yerli vaxtla saat 18:00 üçün paytaxt Parisdə keçirilən etiraz aksiyaları zamanı azı 52 nəfər saxlanılıb.

Fransada "sarı jiletrlə" hərəkatının növbəti etiraz aksiyalarında azı 69 min insan iştirak edib. Parisdə etiraz aksiyalarında təxminən 4 min insan iştirak edib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Xəbər lenti

Xəbər lenti