...

ABŞ Nümayəndələr Palatası büdcə haqqında qanunu qəbul edib

Dünya xəbərləri Materials 15 Fevral 2019 06:28 (UTC +04:00)
ABŞ Konqressinin Nümayəndələr Palatası bir sıra nazirliklər və sərhəd təhlükəsizliyinin büdcəsi haqqında qanunu qəbul edib.
ABŞ Nümayəndələr Palatası büdcə haqqında qanunu qəbul edib

Bakı. Trend:

ABŞ Konqressinin Nümayəndələr Palatası bir sıra nazirliklər və sərhəd təhlükəsizliyinin büdcəsi haqqında qanunu qəbul edib.

Trend-in məlumatına görə, sənəd prezident Donald Trampa imzalanması üçün göndərilib. Daha öncə büdcə qanunu Senat tərəfindən qəbul edilib.

Prezident Tramp növbəti "şatdaun"un (nazirliklərin və qurumların işlərinin müvəqqəti dayandırılması) qarşısını almaq üçün cümə gününün sonuna kimi sənədi təsdiqləməlidir.

Ancaq Ağ Ev bildirib ki, büdcəni təsdiqləyərək Tramp Konqresi keçmək və Meksika ilə sərhəddə hasarın tikintisi üçün maliyyələşdirmənin artırılması üçün sərhəddə fövqəladə hal elan etmək istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti