...

Binəli Yıldırım istefaya gedib

Dünya xəbərləri Materials 19 Fevral 2019 00:33 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin (parlamentinin) sədri Binəli Yıldırım istefaya getdiyini bəyan edib
Binəli Yıldırım istefaya gedib

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin (parlamentinin) sədri Binəli Yıldırım istefaya getdiyini bəyan edib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

B.Yıldırım deyib: "Bu gün mən Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsini tərk edirəm. Bu mərasimdən sonra görəcəyim ilk iş - Böyük Millət Məclisinə istefa ərizəsini təqdim edəcəm".

Onun sözlərinə görə, yeni sədr seçkiləri fevralın 19-u saat saat 09:00-da keçiriləcək.

Qeyd eidlir ki, yeni sədr seçilən müddətə qədər sədr vəzifəsini parlamentin deputatı Cəlal Adnan icra edəcək.

Xəbər lenti

Xəbər lenti