Bakı. Trend:
Türkiyənin Van əyalətində 4,0 bal gücündə zəlzələ baş verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Saray rayonunda, ocağı isə 11,25 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.