...

Okinava əhalisinin 70%-dən çox hissəsi ABŞ hərbi bazasının tikintisinə qarşı çıxıb

Dünya xəbərləri Materials 25 Fevral 2019 01:36 (UTC +04:00)

Bakı. Trend:

Okinava əhalisinin 70 faizdən çoxu prefekturada ABŞ hərbi bazasının yerləşdirilməsinə qarşı çıxıb.

Trend-in məlumatına görə, bu göstərici səsvermənin hesablamasından sonra ortaya çıxıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, səsvermədə 605 min 294 nəfər iştirak edib. Yerli vaxtla 21:30 olan vəziyyətə görə, səslərin 5,59%-i hesablanıb, onlardan 23 mindən çoxu (70%-dən çox) "qarşı" səs verib.

Qeyd olunur ki, cəmi 8 min nəfər "leyhinə" səs verib, 2,8 min nəfər isə səs verməkdən çəkinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti