Apple yeni AirPods təqdim edib

Dünya xəbərləri Materials 21 Mart 2019 05:28 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

Qurğu üçün yenilənmiş futlyar Qi simsiz batareya ilə təchiz olunub. Trend-in məlumatına görə, ancaq Lightning kabelindən də istifadə etmək mümkündür.

H1 çipi verilənləri daha tez göndərməyə, 5 saat ərzində musiqi dinləməyə və 3 saat ərzində telefonla danışmağa imkan yaradır.

AirPods vasitəsilə Siri elektron səsli köməkçini də aktivləşdirmək mümkündür.

Qulaqcıqlar adi batareya ilə 159 dollara, simsiz batareya ilə isə 199 dollara satılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti