...

Tramp: İŞİD-in Suriyada son dayağı axşama qədər məhv ediləcək

Dünya xəbərləri Materials 20 Mart 2019 23:55 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

ABŞ Prezidenti Donald Tramp İŞİD-in Suriyada son dayağının axşama qədər məhv ediləcəyinə söz verib. Trend-in məlumatına görə, bunu Tramp jurnalistlərə açıqlamasında deyib.

“İndi sonuncu kiçik ocaq qalıb. Bu gün axşam o da olmayacaq”, deyə Tramp bildirib.

Qeyd edək ki, sözlərinin sübutu kimi Tramp iki xəritə göstərib. Birinci xəritə 2017-ci ilə, digəri isə bu günə aiddir. Bu günə aid olan xəritədə kiçik nöqtə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti