Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Hərbi Hava Qüvvələri PKK terror təşkilatının “ikinci şəxs”i hesab olunan Rıza Altunun məhv edilməsi bağlı əməliyyat keçirib.
Trend-in məlumatına görə, MİT R.Altunun yerini müəyyənləşdirdikdən sonra Türkiyə qırıcıları onun olduğu evə dəqiq zərbə endirib.
R.Altun PKK-nın rəhbəri Cemil Bayıkın ən yaxın silahdaşı hesab olunurdu.
Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.