...

İspaniya XİN: Hərdən səhər oyanırsan və öyrənirsən ki, ABŞ təhlükəsizliyimizə təsir edən qərar qəbul edib

Dünya xəbərləri Materials 2 Aprel 2019 07:00 (UTC +04:00)
ABŞ administrasiyası kollektiv təhlükəsizliyə təsir göstərən qərarlar barədə ictimai bəyanat verməmişdən öncə öz müttəfiqlərinə xəbərdarlıq etməlidirlər
İspaniya XİN: Hərdən səhər oyanırsan və öyrənirsən ki, ABŞ təhlükəsizliyimizə təsir edən qərar qəbul edib

Bakı. Trend:

ABŞ administrasiyası kollektiv təhlükəsizliyə təsir göstərən qərarlar barədə ictimai bəyanat verməmişdən öncə öz müttəfiqlərinə xəbərdarlıq etməlidirlər.

Trend-in məlumatına görə, bunu Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı İspaniyanın xarici işlər naziri Jozep Borrel deyib.

J.Borrel bildirib: "ABŞ-ın bu cür qərarlar qəbul edərkən birtərəfli yanaşması bizim xoşumuza gəlmir. ABŞ-ın orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxmaq üçün öz səbəbləri ola bilər. Lakin biz bu haqda əvvəlcədən bilmək istəyərdik".

XİN rəhbəri əlavə edib ki, eyni sözləri İranla navə razılaşması və ya ordunun Suriyadan çıxarılması barədə də demək olar: "Hərdən səhər oyanırsan və öyrənirsən ki, ABŞ bizə və bizim təhlükəsizliyimizə təsir edən qərar qəbul edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti