...

İran ordusu hərəkətə keçdi - Daşqınlara görə

Dünya xəbərləri Materials 2 Aprel 2019 10:42 (UTC +04:00)
İran quru qoşunlarının helikopterləri Lorestan vilayətinin daşqınlarla üzləşən Poldoxtər rayonunda əhaliyə yardım etmək üçün ezam olunub.
İran ordusu hərəkətə keçdi - Daşqınlara görə

Bakı. Elnur Bağışov - Trend:

İran quru qoşunlarının helikopterləri Lorestan vilayətinin daşqınlarla üzləşən Poldoxtər rayonunda əhaliyə yardım etmək üçün ezam olunub.

Trend-in məlumatına görə, bunu İran ordusunun sözçüsü briqada generalı Şahin Təqixani açıqlamasında deyib.

Ş.Təqixaninin sözlərinə görə, bir az öncə Poldoxtər rayonunda seldən zərərçəkənlərin daşınması üçün bölgəyə 8 helikopter göndərilib.

Xatırladaq ki, son günlər İranda yağan aramsız yağışlar güclü sel və daşqınlara səbəb olub, şəhər və kəndləri su basıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti