Bakı. Trend:
Mart ayının sonunda Mozambikdə, eləcə də digər ölkələrdə tüğyan etmiş "İdai" siklonunun qurbanlarının sayı artır.
Trend-in məlumatına görə, ölənlərin sayı 598 nəfərə çatıb.
Bundan başqa, Zimbabvedə 300-ə yaxın adamın öldüyü deyilir.
Bu ölkələrdə ölü sayının ümumilikdə 1000 nəfəri keçəcəyi istisna olunmur.
Hazırda siklondan zərər çəkmilş yerlərdə suyun çəkilməsi gözlənilir.