...

Tramp 2020-ci ildə seçkiöncəsi kampaniyada iki sloqanın istifadəsi barədə düşünür

Dünya xəbərləri Materials 3 Aprel 2019 06:18 (UTC +04:00)
ABŞ prezidenti Donald Trump 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri kampaniyasında iki şüarın istifadəsi haqqında düşünür.
Tramp 2020-ci ildə seçkiöncəsi kampaniyada iki sloqanın istifadəsi barədə düşünür

Bakı. Trend:

ABŞ prezidenti Donald Trump 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri kampaniyasında iki şüarın istifadəsi haqqında düşünür.

Trend-in məlumatına görə, bu barədə amerikalı lider Vaşinqtonda Milli İnşaat Muzeyində keçirilən tədbir zamanı danışıb.

Prezident 2016-cı ildə seçkiöncəsi kampaniyada istifadə etdiyi "Amerikanı yenidən böyük edək" sloqanının uğurlu olduğunu qeyd edib.

2020-ci ildəki kampaniyadan danışarkən Tramp deyib ki, ilk öncə "Amerikanı böyük saxlayaq" (red. - çünki administrasiyası Amerikanı artıq böyük edib) sloqanını istifadə etmək istəyirdi. Daha sonra o zalda olanlardan alqış vasitəsi ilə iki şüardan daha yaxşısını müəyyən etməyi xahiş edib.

Ağ Ev "səsvermə"nin nəticələrini inandırıcı hesab etməyib.

"Biz qərar verəcəyik. Mən hər iki sloqanı bəyənirəm. Hər ikisini istifadə etməyə çalışacağıq", - deyə Tramp bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti