Bakı. Trend:
ABŞ Venesuela neftinin Kubaya tədarük edən iki şirkət və "PDVSA" şirkətinin 34 gəmisinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Texasda Ceyms Beyker İnstitutunda çıxış edərkən deyib.
M.Pens bildirib: "Prezidentin tapşırığına əsasən, ABŞ "PDVSA"nın istifadə etdiyi 34 gəmi və Venesuela neftini Kubaya tədarük edən iki şirkətə qarşı sanksiyalar tətbiq edəcək. Venesuelanın nefti bu ölkənin xalqına məxsusdur".