...

Rio-de-Janeyronun polisləri Kalaşnikov avtomatlarından imtina edir

Dünya xəbərləri Materials 25 Aprel 2019 05:17 (UTC +04:00)
Braziliyanın Rio-de-Janeyro şəhərinin polisləri Kalaşnikov avtomatının "AK-47" modelindən imtina edəcək
Rio-de-Janeyronun polisləri Kalaşnikov avtomatlarından imtina edir

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərinin polisləri Kalaşnikov avtomatının "AK-47" modelindən imtina edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, polislərin Kalaşnikov avtomatından imtina etməsinə səbəb arsenalda bu silah üçün sursatların olmaması olub.

Məlumata əsasən, şəhər polislərinin istifadəsində 200 ədəd bu model silah var və onlar ölkənin Silhalı Qüvvələrinə veriləcək.

Bildirilir ki, Rusiya istehsalı olan silahlar 500 ədəd ABŞ-ın istehsal etdiyi AR-10, 1,2 min ədəd AR-15 və 500 ədəd AR-15 əsasında hazırlanan yüngül pulemyotlarla əvəz ediləcək.

Xəbər lenti

Xəbər lenti