...

İzmirdə ağır yol qəzası 7 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 28 Aprel 2019 03:13 (UTC +04:00)
Türkiyənin İzmir şəhərində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib
İzmirdə ağır yol qəzası 7 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 4-ü uşaq olmaqla 7 nəfər həlak olub, bir nəfər isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə çox sayda polis, xilasedilic və təcili yardım briqadaları cəlb edilib.

Yol qəzası ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti