...

Nigeriyada qazma qurğusunda işləyən üç nəfər oğurlanıb

Dünya xəbərləri Materials 29 Aprel 2019 02:48 (UTC +04:00)
Nigeriyanın cənubundakı Rivers ştatında qazma qurğusunda çalışan üç nəfər silahli qrup tərəfindən oğurlanıb.
Nigeriyada qazma qurğusunda işləyən üç nəfər oğurlanıb

Bakı. Trend:

Nigeriyanın cənubundakı Rivers ştatında qazma qurğusunda çalışan üç nəfər silahli qrup tərəfindən oğurlanıb.

Trend-in məlumatına görə, oğurlanan adamların ikisi əcnəbidir. Həmin şəxslər Kanada və Şotlandiya vətəndaşıdırlar.

Hazırda axtarış əmilyyatı həyata keçirilir.

Qeyd edək ki, Rivars ştatında belə oğurluq artıq ikinci dəfə baş verir. Bir neçə gün öncə həmin ştatda "Royal Dutch Shell" neft-qaz şirkətinin iki əməkdaşları oğurlanıb, onları müşahidə edən polislər öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti