...

Ankarada 1 mayda terror planlaşdırılırmış - İŞİD-çilər saxlanıldı

Dünya xəbərləri Materials 29 Aprel 2019 16:42 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada 1 May bayram mitinqləri zamanı terror aktları həyata keçirməyi planlaşdıran 22 İŞİD üzvü saxlanılıb
Ankarada 1 mayda terror planlaşdırılırmış - İŞİD-çilər saxlanıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin paytaxtı Ankarada 1 May bayram mitinqləri zamanı terror aktları həyata keçirməyi planlaşdıran 22 İŞİD üzvü saxlanılıb.

Trend-in məlumatına görə, saxlananlardan 17 nəfəri İraq, digərləri Suriya vətəndaşıdır.

Polisin evlərdə apardığı axtarışlar zamanı çoxlu sayda odlu silah və partlayıcı maddələr aşkar edilib.

Qeyd edək ki, bu gün Trabzonda da 5 İŞİD üzvü saxlanılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti