...

SON DƏQİQƏ! İranda neft boru kəməri yanır (VİDEO)

Dünya xəbərləri Materials 6 May 2019 12:12 (UTC +04:00)
İranın cənubunda yerləşən Xuzistan vilayətinin Ümidiyyə-Əhvaz neft boru kəmərində yanğın baş verib.
SON DƏQİQƏ! İranda neft boru kəməri yanır (VİDEO)

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Ümidiyyə-Əhvaz neft boru kəmərində yanğın baş verib.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Kiyamərs Hacızadə deyib.

K.Hacızadənin sözlərinə görə, boru kəmərində təmir işləri aparılarkən buldozerin toxunması nəticəsində yanğın baş verib:

"Yanğın baş verən məkana yaxın Salehabad kəndi təhlükəsizlik məqsədilə təxliyə edilib. Hazırda vəziyyət nəzarətdədir. Neft boru kəməri bağlanıb və boruda qalan neft yanmaqdadır.

Yanğının söndürülməsi üçün əməliyyat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti