...

"Sinabunq" püskürdü - İndoneziyada təxliyə gözlənilir

Hadisə Materials 7 May 2019 14:10 (UTC +04:00)
İndoneziyanın Sumatra adasında "Sinabunq" vulkanı püskürüb.
"Sinabunq" püskürdü - İndoneziyada təxliyə gözlənilir

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında "Sinabunq" vulkanı püskürüb.

Trend-in məlumatına görə, püskürmə nəticəsində 2 kilometr hündürlüyədək kül sovrulub.

Qeyd olunur ki, külün yayılması ilə əlaqədar 15 kilometr radiusda əhalinin, eləcə də turistlərin təxliyəyə hazır olmaları tapşırılıb.

Vulkanda aktivlik davam etməkdədir.

Sinabunq vulkanı 400 il sakitlikdən sonra 2010-cu ildə püskürməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti