Bakı. Trend:
Heç bir sanksiyalar və onunla bağlı təhdidlər Türkiyəni dayandırmayacaq.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın "Enleri" mükafatının təqdimatı zamanı deyib.
Türkiyə Prezidenti qeyd edib: "Nə qədər ki, biz özümüzə güvənirik heç bir sanksiya və bununla bağlı təhdidlər, heç bir əlavə vergi tətbiq edilməsi, heç bir açıq, gizli embarqo bizi dayandıra bilməz".
Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyəni başqa yolla dayandırılmasının mümkün olmadığını görənlər, ölkənin ümidinə, ruhuna, hədəflərinə çatmaq istəyinə hücum edirlər.