...

Mexikoda 2020-ci ildən plastik paketlərin istifadəsi qadağan edilib

Dünya xəbərləri Materials 10 May 2019 08:33 (UTC +04:00)
Mexiko şəhər konqresi 2020-ci ilin dekabr ayından etibarən plastik paketlərdən istifadəni qadağan edib
Mexikoda 2020-ci ildən plastik paketlərin istifadəsi qadağan edilib

Bakı. Trend:

Mexiko şəhər konqresi 2020-ci ilin dekabr ayından etibarən plastik paketlərdən istifadəni qadağan edib.

Trend-in məlumatına görə, bununla bağlı şəhərin bərk tullantıları haqqında qanuna müvafiq dəyişiklər edilib.

Yeniliklərə görə, plastik paketlərin satışı, paylanması və istifadəsi həmin tarixdən tamamilə qadağan olunacaq.

Bundan əlavə, yanvar ayın 20-dən etibarən şəhərdə həmçinin birdəfəlik plastik çəngəllər, qaşıqlar və boşqabların istifadəsi qadağan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti