...

Sudanda atışma nəticəsində iki nəfər ölüb

Dünya xəbərləri Materials 14 May 2019 04:38 (UTC +04:00)
Sudanın paytaxtı Xartumun mərkəzindəki nümayişçilərə silahlı adamlar tərəfindən açılmış atəş nəticəsində iki adam həlak olub, onlarla adam yaralanıb
Sudanda atışma nəticəsində iki nəfər ölüb

Bakı. Trend:

Sudanın paytaxtı Xartumun mərkəzindəki nümayişçilərə silahlı adamlar tərəfindən açılmış atəş nəticəsində iki nəfər həlak olub, onlarla adam yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı xəbər verir.

Həkimlərin dediklərinə görə, atışma nəticəsində ölənlərdən biri "Azadlıq və dəyişikliklər uğrunda qüvvələr" müxalifət birliyinin üzvü olub.

Bundan əvvəl də məlum olub ki, naməlum silahlı insanlar və nümayişçilər arasında olan qarşıdurmada Sudan ordusunun bir zabiti ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti